FHN-dən daşqınlarla bağlı daha bir müraciət

FHN-dən daşqınlarla bağlı daha bir müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Bu barədə AzerTimes-a FHN-dən məlumat verilib.

Qeyd edilib ki, respublikanın qərb bölgəsinə yağan intensiv yağışlarla əlaqədar Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində bir sıra fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

FHN-nin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

FHN bir daha əhaliyə müraciət edərək, yaxın günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyini, bəzi ərazilərdə leysan xarakterli yağışlarla əlaqədar dağ çaylarından qısamüddətli sel və daşqın keçmə ehtimalını nəzərə alaraq müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Teqlər: