Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev irsi və onun layiqli davamçısı” mövzusunda tədbir keçirilib.
AzerTimes xəbər verir ki, tTədbirdə Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov, FHN-in regionda fəaliyyət göstərən strukturlarının rəhbərləri və Mərkəzin şəxsi heyəti iştirak edib.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov və digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılması, ordu quruculuğu, respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, bugünkü güclü Azərbaycanın möhkəm özülləri məhz Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə qoyulub.
Çıxışlarda Ulu Öndərin müdrik siyasi kursunun mahir davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması, söz sahibi olması qürur hissi ilə vurğulanıb.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.