Bolqarçay su anbarının yaxınlığında qərargah qurulub.
AzerTimes Report-a istinadən xəbər verir ki, FHN-in Muğan Regional Mərkəzinin 22 nəfərdən ibarət xilasedicilər və 5 nəfərlik sularda xilasetmə dalğıcları Bolqarçay su anbarının yaxınlığında qərargah qurublar.
Qərargah müşahidə xarakteri daşıyır.
Qeyd edək ki, artıq İran İslam Respublikası ərazisindən Bolqarçaya 5 kubdan çox su Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.