FHN Bakıda yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Çingiz
Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş
vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən
söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın nəticəsində 7
nəfər xilas olunub, 1948-ci il təvəllüdlü Abdullayeva Yelen
Amirovnanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil
verilib.

Qeyd edək ki, mənzillər arasındakı arakəsmələrin taxta
konstruksiyalardan ibarət olması səbəbindən alovun geniş əraziyə
yayılma riski yüksək olsa da yanğınsöndürmə qüvvələrinin gördüyü
operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə
söndürülərək binanın böyük hissəsi yanğından mühafizə olunub.

Belə ki, yanğın nəticəsində ilkin hesablamaya əsasən, 2 mənzil
və ümumi istifadədə olan eyvan cəmi 75 m² sahədə yanıb, digər
mənzillər yanğından mühafizə olunub.

Teqlər: