Bakıda çoxmərtəbəli yaşayış binasında köməksiz qalan azyaşlılar xilas edilib.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzilldə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzillərə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar – 2012-ci il təvəllüdlü M.R və 2021-ci il təvəllüdlü R.Y xilas edərək ailə üzvlərinə təhvil veriblər.