FHN ayağı sınmış qadına belə yardım etdi

FHN ayağı sınmış qadına belə yardım etdi

Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yaşayan vətəndaşın köməyə ehtiyacı yaranıb.

AzerTimes xəbər verir ki, bina sakini 1966-cı il təvəllüdlü N.İslatovanın ayağının sınması və ağır çəkili olması səbəbdən köməyə ehtiyacı olduğu müəyyən edilib.

Xəstənin təcili tibbi yardım maşınına aparılmasında yaranan çətinliklə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu təhlükəsizlik qaydalarına riayət etməklə qadını binanın həyətinə düşürərək Təcili Tibbi Yardım briqadasına təhvil verib.

Teqlər: