FHN “Alov qüllələri” kompleksində yanğın-taktiki təlim keçirib (FOTO/VİDEO)

Xəbər - Samir Əli – Trend:

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Alov qüllələri” kompleksində yanğın-taktiki təlim keçirib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd şəxsi heyətin çoxmərtəbəli binalarada baş verə biləcək yanğınlarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Şərti 2 saylı çağırışla keçirilən təlim zamanı FHN DYMX-nin Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvə və vasitələri tərəfindən yuxarı mərtəbələrdə “köməksiz vəziyyətdə qalan insanların xüsusi vasitələrdən istifadə edilməklə xilas olunması”, 23-cü mərtəbədə baş vermiş şərti yanğının söndürülməsi prosesi həyata keçirilib.


Sonda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə təlim prosesində əməkdaşların “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, peşə hazırlığının daha da təkmilləşdırılməsi üçün müvafiq tapşırıqlar verilib.

Teqlər: