FHN “8 Noyabr” stansiyasında təlim keçirəcək

FHN “8 Noyabr” stansiyasında təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “8 Noyabr” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 24 noyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

AzerTimes xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.

Teqlər: