Feyxoa çox xeyirli meyvədir.
Feyxoa bir çox xəstəliklər zamanı əsl müalicəvi vasitə kimi istifadə oluna bilər:
– Yod çatışamazlığı ilə bağlı olan qalxanvari vəzi xəstəlikləri zamanı feyxoanın qəbulu xüsusilə xeyirlidir. Belə hesab olunur ki, feyxoa tərkibində olan yodun miqdarına görə dəniz məhsullarına yaxındır.
– Feyxoanın ətində və xüsusilə də qabıqlarında “katexin” və “antosinlər” fenol birləşmələri var ki, bu maddələr güclü antioksidantlar sayılır. Antioksidantlar xərçəng xəstəliklərinin profilaktikası üçün olduqca vacib olan maddələrdir.
– Feyxoa ateroskleroz zamanı da çox xeyirlidir – bu xəstəliyin inkişafını ləngidir, damarları daha elastik edir.
– Feyxoanın iltihab və virusəleyhinə xüsusiyyətləri var. Soyuqdəymə xəstəlikləri zamanı feyxoadan hazırlanmış çay orqanizmə çox yaxşı müalicəvi təsir edir. 3 feyxoanı doğrayın (qabıqlı), üzərinə 1 stəkan qaynar su əlavə edib dəmləyin və 20 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib için. Belə dəmləməni gün ərzində 2-3 dəfə qəbul edin.
– Feyxoa müxtəlif vitaminlər və minerallarla zəngindir. Soyuq fəsillərdə bu meyvə insanı hipovitaminozdan xilas edir.
– Feyxoa yarpaqlarının dəmləməsi diş ağrısı və damaqların iltihabı və qanaması zamanı çox yaxşı kömək edir. Yarpaqları qaynar suda dəmləyin və qarqara üçün istifadə edin.
– Feyxoa yarpaqlarının dəmləməsi antiseptik xüsusiyyətlərə malikdir. Bu dəmləmə dəridə olan kiçik yaraların, xoraların, yanıqların və s. sağalmasını tezləşdirir, dəri xəstəlikləri zamanı istifadə oluna bilər. Dəmləmədə steril tənzif isladıb zədələnmiş sahəyə qoyun. Belə islatmaları gündə bir neçə dəfə etmək lazımdır.
– Feyxoa arterial təzyiqinin tənzimlənməsində kömək edir.
– Feyxoa immun sistemini möhkəmləndirir.
– Feyxoa bağırsaqların fəaliyyətini yaxşılaşdırır.