Fəxrizadəni öldürmək üçün süni intellektdən istifadə edilib

Fəxrizadəni öldürmək üçün süni intellektdən istifadə edilib

İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə proqramının inkişaf etdirilməsinə rəhbərlik edən Möhsün Fəxrizadənin öldürülməsində süni intellektdən istifadə olunub.

AzerTimes xəbər verir ki, bu barədə Fəxrizadənin oğulları Həmid və Mehdi Fəxrizadə deyiblər.

“Onun (Möhsün Fəxrizadənin – red.) belinə 5 güllə dəyib, lakin güllələrin heç biri bədənindən çıxmayıb və maşınına atəş açılanda o, hücumun süni intellekt tərəfindən idarə olunduğunu bilməyib”, – onlar iddia ediblər.

Qeyd edək ki, 27 noyabr 2020-ci ildə Tehran yaxınlığında yerləşən Dəmavənd şəhərində Möhsün Fəxrizadəyə sui-qəsd olub. İran məhkəməsi sui-qəsdin İsrailə bağlı qüvvələr tərəfindən həyata keçirildiyini açıqlayıb və sui-qəsddə təqsirləndirilən 3 nəfər edam edilib, 2 nəfəri isə həbs olunub.

Teqlər: