Prezident İlham Əliyev F.B.Miralayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
AzerTimes xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınır:
– Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə Fəxrəddin Böyük oğlu Miralayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.