Fevralın 8-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən fevralın 8-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

AzerTimes-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, fevralın 8-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Teqlər: