Fevralın 26-da xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 26 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan AzerTimes-a verilən məlumata görə, fevralın 26-da olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0661 manat təşkil edir. 1 türk lirəsi 0.2298 manat, 1 rus rublu 0.0229, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi 0.5112 manatdır.


Teqlər: