Fevralın 1-dən bu şagirdlər məktəbə gedəcək

Xəbər - İlhamə İsabalayeva – Trend:

Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeron məktəblərində, o cümlədən bütün ölkə üzrə ibtidai sinif, məktəbəhazırlıq qruplarında, icma əsaslı qruplarda tədris qismən başlanılacaq.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblər açılandan iki həftə sonra isə növbəti qərarlar veriləcək. 1 fevraldan iki həftə sonra digər ərazilərdə 5-9-cu siniflərdə, peşə məktəblərlərində tədrisin qismən bərpası nəzərdə tutulur.


Bölgələrdə daha tez açılmalara gedəcəyimizi düşünürəm.

Teqlər: