Xəbər - Humay Ağacanova – Trend:
2022-ci ilin fevral ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası
alanların sayı 126,3 min nəfərdən çox olub.
Bu barədə
Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onlardan 99,1 min nəfərdən çoxu yaşa, 13,3 min
nəfərdən çoxu əlilliyə, 13,9 min nəfərdən çoxu isə ailə başçısını
itirməyə görə əmək pensiyası alıb.