Fevral ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayı üzrə bütün
müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı da
tam ödənililib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə
müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Beləliklə, fevral ayına dair bütün sosial ödənişlər
yekunlaşdırılıb.

Bundan əvvvəl, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri,
Abşeron rayonu üzrə pensiyalar, fevralın 15-də güzəştli şərtlərlə
pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə
pensiyaların ödənişi başa çatdırılıb.


2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya
artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası
ilə birgə ödənilib.

Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat
maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral
ayının pensiyasının üzərinə əlavə olunub.

Teqlər: