Fətullah Gülən ölüb, ya qaçırılıb? – Qardaşı oğlu danışdı

Fətullah Gülən ölüb, ya qaçırılıb? – Qardaşı oğlu danışdı

Ölməyib, amma həqiqətən də xəstədir və hazırda xüsusi diqqətə ehtiyacı var. Onu qaçıranların məqsədi qalan hüquqlarını, idarəçilik hüququnu özlərində saxlamaqdır. Hətta onu öz qardaşına da göstərmirlər.

AzerTimes xəbər verir ki, FETÖ lideri Fətullah Gülənin ölümü yaxud qaçırılması ilə bağlı yayılan xəbərlərə qardaşı oğlu Əbusələmə Gülən aydınlıq gətirərkən “İstiqlal” qəzetinə açıqlamasında deyib.

Ə.Gülən, “Güləndənn sonra srtuktur parçalanarmı?” sualına cavabında qeyd edib:

“Parçalanar və parçalanmalıdır. İsrarla bu camaatı yaşatmaq insanlara zülmdür. Dağılsın, istəyən istədiyini etsin, ancaq unutmasınlar ki, hər qardaşa, hocaya, tabe olub da axmaq işlərə girməsinlər. Hər bir qardaşımız və müəllimimiz camaatların qarşısı alınmazsa, hansı vəziyyətə gəlindiyini görsünlər. Hocamızın (Fətullah Gülən – red.) tələblərindən biri davam etdirməyin tərəfdarıdır, amma heç vaxt əvvəlki gücünə çata bilməz. O səviyyəyə çatmamalıdır da! Bu olanlar əslində ölkəmə və dünyaya bir xəbərdarlıqdır”.

FETÖ-nün çevriliş cəhdində əsas rolu olan qaçaq Adil Öksüzlə bağlı sualı cavablandıran Gülən bildirib:

“Adilin Almaniyada olduğunu təxmin edirəm. Onun Avropada olduğu dəqiqdir. Dəqiq desəm, mənim fikrimcə belədir. Məncə onu avtomobil yolu ilə Gürcüstandan Avropaya keçirdilər”.

Teqlər: