09:10
FETÖ terror təşkilatının lideri Fətullah Gülənin öldüyü iddia edilir.
AzerTimes xəbər verir ki, bu barədə “Herkül” saytı məlumat yayıb.
Bildirilib ki, 83 yaşlı Fətullah Gülən müalicə aldığı xəstəxanada ölüb.
***
Gülənin qohumu Əbusələmə Gülən məlumatı təsdiqləyib.
Onun ABŞ-ın Pensilvaniya ştatında yerləşdirildiyi xəstəxanada öldüyü bildirilib.