Türkiyənin İstanbul və Ankara şəhərlərində FETÖ üzvlərinə qarşı əməliyyat davam etdirilir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında paylaşım edib.
“Əməliyyatlar çərçivəsində 9 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların arasında FETÖ-dən xaric edilən polis rəisi, 1 vəkil və 5 polis əməkdaşı var”, – nazir bildirib.