FƏTH və HƏMAS razılığa gəldi: Birgə komitə yaradılır

FƏTH və HƏMAS razılığa gəldi: Birgə komitə yaradılır

Fələstinin Fəth və HƏMAS hərəkatları ötən gün Qahirədə baş tutan məsləhətləşmələrin ilk günündə Qəzza zolağının idarə olunması üçün komitə yaratmaq barədə razılığa gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus Arabia” məlumat yayıb.

Bildirilib ki, komitə inzibati cəhətdən Fələstin hökuməti ilə əlaqəli olacaq və müxtəlif fələstinli fraksiyaların üzvü olmayan 10-15 nəfərdən təşkil ediləcək:

“Komitənin büdcəsi beynəlxalq təşkilatlar və Fələstin administrasiyası hesabına maliyyələşdiriləcək. Komitə sərhəd keçidlərinin idarə edilməsi, səhiyyə, təhsil, sosial inkişaf, habelə Qəzza sakinlərinin humanitar yardım və mənzillə təmin olunması ilə məşğul olacaq”.

Qeyd edək ki, HƏMAS və FƏTH arasında uzun müddətdir narazılıq hökm sürürdü. HƏMAS 2007-ci ildə seçkidə qələbədən sonra FƏTH-i Qəzzadan qovaraq bölgədə təkhamiyyətliyə sahib olmuşdu.

Tərəflər yalnız 2024-cü ilin iyulunda Pekində barışıq imzalamışdılar.

Teqlər: