“Fəryad 2” filminin treyleri yayımlandı

“Fəryad 2” filminin treyleri yayımlandı

“Həyat, deyəsən, gözəldir” (Fəryad 2) filminin premyerası 1-5 noyabrda Türkiyədə “Qorqud Ata” Türk Dünyası Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

AzerTimes xəbər verir ki, filmin treyleri artıq “Azərbaycanfilm” kinostudiyasının Yutub hesabında yayımlanıb.

Ekran işi erməni işğalçılarının 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan filmin çəkilişləri Hadrut, Xızı, Bakı və Abşeronda aparılıb.

İlkin adı “Fəryad 2” olan filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayev, rejissoru Orxan Abbasov, rəssamı Quram Navrozaşvili, bəstəkarı Tural Məmmədli, prodüseri Fariz Əhmədov, geyim rəssamı isə Keti Kalandadzedir.

Əsas rollarda Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Georgi Celiya və Aftandil Maxaradze çəkilib.

Teqlər: