Ferstappen “Formula-1” üzrə Meksika Qran Prisinin qalibi olub

“Red Bull” komandasının Niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə Meksika Qran Prisinin qalibi olub.

AzerTimes-ın məlumatına görə, yarışlar ölkənin Mexiko şəhərində yerləşən avtodromunda keçirilib.

Qran Prini ikinci yerdə “Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yerdə isə M.Ferstappenin meksikalı komanda yoldaşı Serxio Peres başa vurub.


Bu Qran Pridəki qələbəsi sayəsində M.Ferstappen ümumi hesabda liderlini qoruyub. Onun aktivində 312,5 xal var. Ümumi hesabda ikinci yerdə 293,5 xalla L.Hemilton, üçüncü yerdə isə 185 xalla V.Bottas qərarlaşıb (“Mercedes”).

Teqlər: