Fərrux kəndində keçirilən mövqelərin və dislokasiya yerlərinin
dəqiqləşdirilməsi işləri Azərbaycanın hərb tarixinə “Fərrux zəfəri”
adlı yeni bir səhifə yazdı.
Fərrux kəndinin azad olunması bir daha göstərdi ki, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir. Kənddəki
əməliyyatın bu günlərdə keçirilməsi də təsadüfi sayılmır. Bu,
Azərbaycan Prezidenti İlham Əliyevin atdığı addımlarının
ölçülü-biçili olduğunun göstəricilərindəndir. O, bununla Azərbaycan
vətəndaşlarına ərazi bütövlüyünün təmin olunacağı ilə bağlı verdiyi
sözə əməl etdiyini sübuta yetirir.
AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Fərrux zəfəri, Ermənistana qarşı
sanksiya yenidən gündəmə gəldi” mövzusunda aparılan müzakirələr
zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – hərbi
ekspert Ədalət Verdiyev, MM-in deputatları Rasim Musabəyov və
Ceyhun Məmmədov mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: