Fərrux kəndinin ordumuzun nəzarəti altına keçməsi Azərbaycanın
növbəti zəfəridir. Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən
siyasəti nəticəsində Azərbaycan qələbələrini davam
etdirməkdədir.
Bunu AzerTimes-a Milli
Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, Fərrux kəndi Azərbaycanın tarixi torpağıdır. “44
günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində
imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun
olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə
keçmişdi.
“3 tərəfli bəyanatın 4 cü bəndinə əsasən, qanunsuz erməni
birləşmələri Azərbaycan ərazilərindən çıxarılmalı idi, ancaq
əfsuslar olsun ki, Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının
müddəalarına əməl etmirlər, qanunsuz erməni silahlı birləşmələrini
Azərbaycan ərazilərindən çıxarmaq əvəzinə onları bəsləməkdə davam
edirlər”, – deyə deputat bildirib.
A.Həsənova bildirib ki, Azərbaycan 3 tərəfli bəyanatın bütün
müddəalarının yerinə yetirilməsinə nail olacaq.
“Heç kimin şübhəsi olmasın ki, bütün qanunsuz erməni silahlı
birləşmələri Azərbaycan ərazilərindən çıxarılacaq. Cənab Prezident
İlham Əliyev nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilir. Fərrux
kəndi artıq bizdədir. Bu o deməkdir ki, digər ərazilərdən də
qanunsuz erməni silahlı birləşmələri çıxarılacaq.
Ermənilər bunu nə qədər tez anlasalar onlar üçün o qədər yaxşı
olar. Onlar bilməlidir ki, qüdrətli Azərbaycan ordusu qarşısında
duran hər bir tapşırığı yerinə yetirməyə hazırdır. Əgər qanunsuz
erməni silahlı birləşmələri 10 noyabr bəyanatına uyğun olaraq
Azərbaycan ərazilərindən çıxarılmayacaqlarsa, bu işi Azərbaycan
ordusu görəcək”, – deyə A.Həsənova vurğulayıb.