Fərrux kəndində kütləvi məzarlıq aşkarlanıb – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Fərrux kəndində aşkarlanan skeletlərin Xocalıda ermənilərin
törətdiyi soyqırımı zamanı öldürülən və ya kənd uğrunda gedən
döyüşlərdə şəhid olan vətəndaşlarımıza aid olduğu ehtimal edilir.
Bunu daha dəqiq DNT ekspertizasından sonra biləcəyik. Bu faktlar
bizə bir daha erməni vəhşiliyini dünyaya nümayiş etdirmək üçün
imkanlar yaradır. Ermənilərin Qarabağ torpaqlarından geri
çəkilməməkdə israrlı olmasının səbəblərindən biri də I Qarabağ
müharibəsi zamanı 4 minə yaxın itkinimizdən bir çoxunun
qalıqlarının həmin ərazilərdə tapılacağı ehtimalıdır. Hər tapılan
kütləvi məzarlıq Ermənistanın ayaqlar altında sürünən beynəlxalq
nüfuzuna yeni bir zərbə olacaq. Bundan sonra da həmin ərazilərdə
kütləvi məzarlıqların tapılma ehtimalı böyükdür

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Fərrux kəndində kütləvi
məzarlıq aşkarlanıb, Ermənistanın hərbi cinayətləri, Azərbaycan
xalqına qarşı soyqırım siyasətinin növbəti sübutu” mövzusunda
aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin
qonaqları – hüquq müdafiəçisi Sahib Məmmədov, tarixçilər Nəsiman
Yaqublu və Telman Nüsrətoğlu mövzu ətrafında müzakirə
aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: