İtaliyanın Ferrero şirkəti Rusiyada bütün ikinci dərəcəli
fəaliyyətlərini dayandırır.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin rəsmi açıqlamasında
deyilir.
“Ukraynadakı ofislərimizin müvəqqəti bağlanmasından sonra, əksər
qida şirkətləri kimi, biz də Rusiyada bütün ikinci dərəcəli
fəaliyyətləri və inkişaf planlarını müvəqqəti olaraq dayandırmaq
qərarına gəldik. Buraya aksiyalar və reklamlar da daxildir”, – deyə
açıqlamada bildirilib.