Fermerlərə verilən güzəştli kreditin məbləği açıqlanıb

Xəbər - Samir Əli – Trend:

2021-ci ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərən 4175 fiziki və hüquqi şəxsə 65,6 milyon manat məbləğində güzəştli kredit verilib.

AzerTimes-ın məlumatına görə, bundan 39,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 2,3 milyon manatı orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 23,5 milyon manatı mikrokreditlərdir.

Bununla yanaşı, 2021-ci ilin yanvar-noyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən 7607 kənd təsərrüfatı texnikasının satışı müəyyənləşdirilib.


2021-ci ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən, həmçinin 194 fermerə 6279 baş damazlıq heyvan alışına 0,26 milyon manat məbləğində kredit və 14,1 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.

Teqlər: