Fermerin bütün ehtiyacları bir mərkəzdə – Caspian agro 2022 sərgisində (FOTO/VİDEO)

18 May 2022-ci il tarixindən etibarən Azərbaycanda ənənəvi
beynəlxalq kənd təsərrüfatı tədbiri olan “Caspian Agro” sərgisi
start verib. “Baku Expo” sərgi mərkəzində təşkil edilmiş tədbir
yerli və xarici şirkətlər, fermerlər, eləcə də aqrar sektorda
fəaliyyət göstərən dövlət qurumları tərəfindən böyük maraqla
qarşılanıb.

24 ölkədən 449 şirkətin qatıldığı sərgidə kənd təsərrüfatı istehsal
vasitələrinin tədarükü, topdan və pərakəndə satışı üzrə
ixtisaslaşmış, fermerlərin və kənd təsərrüfatı şirkətlərinin
etibarını qazanmış gubre.az aqrar ticarət şəbəkəsi də iştirak edir.
Bilindiyi kimi şəbəkə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-yə
məxsusdur. 2019-cu ildə təsis edilmiş şirkət qısa müddətdə
fermerlərə, demək olar ki, bütün ölkə ərazisində xidmət göstərən və
özündə 200-dən çox satış nöqtəsini birləşdirən geniş xidmət
şəbəkəsinə malkdir. Eyni zamanda Qarabağın işğaldan azad edilmiş
torpaqlarında müvafiq infrastruktur və hazırlıq
işləri yekunlaşdıqdan sonra şirkət həmin ərazilərdə də fermer
təsərrüfatlarına dəstək məqsədilə öz xidmət şəbəkəsini
genişləndirməyi planlaşdırır.

“Cənab Prezident İlham Əliyev və Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən aqrar sahəyə göstərilən dəstək, fermerlərə verilən
subsidiyalar kiçik və orta ölçülü fermer təsərrüfatlarına
məhsuldarığın yüksəldilməsi üçün muasir və innovativ aqrotexnoloji
vasitələrdən daha yaxşı yararlanmağa imkan yaradır. Bu da öz
növbəsində ölkəmizdə daha keyfiyyətli məhsulların yetişdirilməsi,
ümumi məhsuldarlığın artırılması və
nəticədə fermerlər üçün daha yüksək gəlirin əldə edilməsi
istiqamətində öz töhvəsini verir”. – “Aqrar İnnovasiya və Təchizat
Şirkəti” QSC-nin direktoru Tofiq Niftəliyev qeyd edib.

Şirkət rəsmisi bildirmişdir ki, 2021-ci ildən etibarən “Aqrar
Kredit və İnkişaf Agentliyi” ilə Kənd Təsərrüfatı Nazirliyinin,
“Aqrar Tədqiqatlar Mərkəzinin”iştirakı ilə birlikdə ərsəyə
gətirdiyi Tapagro onlayn portalının tətbiqi də son bir ildə
fermerlərə ayrılan subsidiyaların daha səmərəli istifadə edilməsinə
gətirib çıxarmış, neqativ hallarının qarşısının alınması ilə öz
işini şəffaf şəkildə və vicdanla icra edən şirkətlərin inkişafı
üçün münbit şərait yaradılmışdır. Bu isə öz növbəsində fermerlərin
daha əlçatan xidmətlərlə təmin olunmasına imkan yaratmışdır.

Qeyd edək ki, gubre.az ticarət şəbəkəsi fermerlərə və kənd
təsərrüfatı şirkətlərinə Rusiya, Türkiyə, İsrail, Ukrayna, İtaliya,
Belçika, Polşa, Gürcüstan və s. ölkədən 30-dan çox şirkətin
istehsalı olan və 150-dən çox çeşiddən ibarət toxum, gübrə və bitki
mühafizə vasitələri təqdim edir. Satış nöqtələrində toxum və
aqrkimyəvi vasitələri fermerlər həm də subsidiya kartları
vasitəsilə əldə edə bilər.

Xüsusi ilə vurğulamaq lazımdır ki, şirkət pambıqçılığın inkişaf
etdirilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi xüsusi
proqramları nəzərə alaraq və Kənd Təsərrüfatı Nazirliyinin
təşəbbüslərinə dəstək qismində 2020-ci ildən etibarən Türkiyədən
yüksək məhsuldarlığa və dözümlülüyə malik yeni pambıq sortları
idxal edərək, yerli fermer təsərrüfatları ilə birgə sınaqdan
keçirmiş, fermerlərin marifləndirilməsi üçün işlər görmüş və bu
sahədə fermerlərin rəğbətini qazanan yeni pambıq sortun müəyyən
edilməsinə
nail olmuşdur. Belə ki, 2022-ci il pambıq əkinləri zamanı şirkətin
idxal etdiyi May-455 pambıq toxumlarına fermerlər tərəfindən böyük
tələbat müşahidə edilmişdir. Bununla əlaqədar olaraq, “Aqrar
İnnovasiya və Təchizat Şirkəti” müvafiq pambıq toxumu sortların
idxalını önümüzdəki illərdə daha da artırmağı planlaşdırır.

İnnovativ vasitələr resursların qorunması üçün şərait yaradır
gubre.az şəbəkəsində daha bir yenilik, cari ildən başlayaraq,
orqanomineral gübrələrin çeşidlərinin artırılması və onların
tətbiqinin genişləndirilməsi üçün fermerlərlə marifləndirmə, eyni
zamanda
stimullaşdırma tədbirlərinin görülməsidir. Bu, hazırda bütün
dünyada aktuallaşan, ölkəmizdə də aktual olan, torpaq və su
resurslarının qorunması probleminin həlli istiqamətində şirkətin
verdiyi dəstək kimi qiymətləndirilməlidir.

Bundan başqa şirkət ucqar regionlarda əkin ərazilərinin
aqrotexnoloji vasitələrlə təmin edilməsi üçün mövsümi olaraq səyyar
satış da təşkil edir. Fermerlər eyni zamanda 828 qısa nömrəsinə
zəng edərək və ya www.gubre.az vebsaytı vasitəsilə də gubre.az
satış nöqtələrindən toxum, gübrə və pestisid sifariş edə və ya
məlumat ala bilərlər.

Məlumat üçün
Ünvan: Bakı şəhəri, Nərimanov r-nu, Z.Bünyadov Pr-ti, Məhəllə 1965,
Çinar Park, Bina 1, AZ1075
Telefon: 012 525 48 48
Qaynar xətt: 828
Email: [email protected]

Teqlər: