Fəridlə 3 gün əvvəl danışdım. Yenə həmişəki kimi gərgindir. Ümid edirik ki, Novruz bayramında Fərid azad olunar.
Bu sözləri AzerTimes-a İranda həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.
Onun sözlərinə görə, artıq bir ilə yaxındır oğlu vətəndən uzaq düşüb və onun tezliklə azad olunacağı deyilsə də, bu baş verməyib:
“Artıq bir il tamamdır, lakin Fərid hələ də İranda cəza evindədir. Amma yenə də ümidim qırılmayıb və hesab edirəm ki, tezliklə şad xəbər alacam”.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi, 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib və o vaxtdan onunla əlaqə kəsilib.
Fərid İran Məhkəməsinin qərarı ilə “casusluğa cəhd”də suçlu bilinib və barəsində 2 illik həbs qərarı çıxarılıb.