Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi edilib.
AzerTimes Azərtac-a istinadla xəbər verir ki, Cənubi koreyalı çalışdırıcı Sun Mi Parkla yollar ayrılıb.
Artıq 52 yaşlı mütəxəssisin yerinə yeni təyinat da olub. Yığmanın sükanı arxasına Azərbaycanın veteran taekvondoçusu Fəridə Əzizova keçib.
Qeyd edək ki, F.Əzizova İslam Həmrəylik Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısıdır.