Apelyasiya Məhkəməsinin müddəti artıraraq, Fəridə 2 il yarım iş kəsməsi ilə bağlı xəbərlər yayılıb. Bu barədə Xarici İşlər Nazirliyi ilə danışdım.
Bu sözləri AzerTimes-a Fərid Səfərlinin anası Dilarə Əsgərova yayılan məlumatları şərh edərkən deyib.
Yayılan məlumatlar doğru deyil. İndicə XİN əməkdaşları zəng etdi, xəbərlərdə anlaşılmazlıq olduğunu dedilər. Fəridin işi artırılmayıb. 2 il olaraq qalıb. Tərcümə xətası baş verib”, – Dilarə Əsgərova bildirib.
Qeyd edək ki, dünən İranda həbsdə olan Fərid Səfərlinin həbs müddətinin artırılması ilə bağlı məlumatlar yayılmışdı.