Fərid Qayıbov liviyalı naziri qəbul etdi

Fərid Qayıbov liviyalı naziri qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov Liviyanın gənclər naziri Fazalla Əl-Zani və sözügedən ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Naseri qəbul edib.

Nazirlikdən AzerTimes-a bildirilib ki, qonaqları salamlayan F.Qayıbov onlara gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Teqlər: