“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi 31 mart tarixinə
kimi davam edir.
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov
gənclərə “Yüksəliş” müsabiqəsi ilə bağlı müraciət edib: “Bu
müsabiqənin əsas məqsədi potensiallı kadrların aşkarlanması,
dəstəklənməsidir. Müsabiqədə bir neçə mərhələdən ibarətdir. Bu
mərhələlər həm maraqlı, həm də həyəcanvericidir. Bütün bu amillər
bizim iştirakçılara idarəetmə alətləri, yeni biliklər, yeni
əlaqələr qazandırır. Bütün bunlar gözəl fürsətdir. Hamınızı bu
müsabiqədə iştiraka dəvət edirəm.” Nazir xüsusi olaraq gəncləri və
idmançıları müsabiqədə aktiv olmağa çağırıb.
Qeyd edək ki, 17 fevral tarixindən etibarən ikinci “Yüksəliş”
müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib. 21–51 yaş
arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə
malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək
müsabiqədə iştirak edə bilər.
Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az)
vasitiləsilə həyata keçirilir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik
bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə təsis olunub.