Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Bu barədə AzerTimes-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Oolimpiya və ikiqat dünya çempionu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.
Qeyd edək ki, Fərid Mansurov 2016-cı ildə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri təyin olunmuşdu.