Azərbaycan Evi. Müqəddəs bir səsləniş deyilmi? Ancaq bu ev zibillənib, bu ev başqa ölkənin casusları ilə dolub. Mən bilmirəm kim yaradıb, ancaq Avstriya kimi Avropa dövlətindəki Azərbaycan Evinin rəhbəri Fərid Əzizov (Məşədiəzizli) tipik bir QUMcuqdur, başqa ölkənin maraqlarının müdafiəçisidir.
AzerTimes xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa səsləndirib.
“Məndə şübhə var ki, bu adam oradakı azərbaycanlılar barədə məlumatları başqa mərkəzlərə ötürməklə, dövlət tapşırıqlarını düşmən mətbəxinə göndərməklə məşğuldur. Bunlar deyir ki, Şuşanı hüseynçilər azad etdi, mənsə deyirəm ki, həyasızcasına yalan söyləyirsiniz, Şuşanı qardaş Türkiyəmizin mənəvi dəstəyi ilə şərəfli Azərbaycan əsgəri və Ali Baş Komandanımız azad edib. Ey bu ünsürləri daxildə və xaricdə himayə edənlər, bəlkə siz də onlar kimi düşünürsünüz? Bu satqınların məni təhqirlərinə özüm layiqli cavabı verəcəyəm, dövlətimizi, millətimizi təhqirlərinə bəlkə puldan, paradan başınızı ayırıb siz də cavab verəsiniz?”