Teymur Əhmədov adına “AzNar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək, baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilib.
İXM-in 483 maddasinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
Xatırladaq ki, “AzNar” QSC-nin qanuni təmsilçisi Teymur Əhmədovdur. Fərhad Əhmədov həm də “AzNar”ın təsisçisi və mojaritar səhmdarıdır.