Fərəh Əliyeva Yüksəliş qalibləri ilə görüşüb (FOTO)

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor,
multikulturalizm və dini məsələlər şöbəsinin müdiri , “Yüksəliş”
müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva “Yüksəliş”
müsabiqəsinin qalibləri ilə görüş keçirib.

AzerTimes-ın
məlumatına görə, Prezident Administrasiyasının Humanitar siyasət,
diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri,
“Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva
“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb. Görüş öncəsi Fərəh
Əliyeva “Yüksəliş”müsabiqəsinin 4 qadın qalibini Beynəlxalq
Qadınlar Günü münasibəti ilə təbrik edərək onlara hədiyyələr təqdim
edib.

Humanitar sahədə qaliblərin fikirlərini dinləyən Fərəh Əliyeva
onların təhsil və humanitar məsələlərlə bağlı suallarını
cavablandırıb. Komitə sədri qaliblərə təqdim olunan 1 illik
özünüinkişaf proqramının gedişatı ilə maraqlanıb. Qaliblər hazırda
davam edən mentorluq proqramı barədə ətraflı məlumat veriblər.
Bundan əlavə, qaliblər dövlət və sosial sahədə öz töhvələrini
vermək istədiklərini əlavə ediblər. Öz növbəsində Fərəh Əliyeva
səslənən təklif və fikirlərin gələcəkdə tətbiq edilməsi üçün
qiymətləndirəcəyini qeyd edib. Son olaraq görüşdə növbəti
“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi müzakirə olunub, yeni
təkliflər haqqında fikir mübadiləsi aparılıb. Gələcəkdə bu cür
görüşlərin mütəmaddi təşkil ediləcəyi bildirilib.

Qeyd edək ki, ikinci ildir keçirilən “Yüksəliş” müsabiqəsində
21–51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik
təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları
qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Qeydiyyat 31
mart tarixinə kimi davam edəcək.

Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az)
vasitiləsilə həyata keçirilir və təqribən 1 ay davam edəcək.


Müsabiqə Qeydiyyat, Onlayn , Əyani , Yarımfinal və Finaldan
ibarət olmaqla 5 mərhələdən ibarətdir.

Müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 20
iştirakçı bir illik İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq
proqramına qoşulma, fərdi inkişaf üçün 20 min manat pul mükafatı
qazanmaq və adlarını kadr ehtiyat bankına daxil etmək imkanı
qazanacaq.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik
bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Teqlər: