Fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı artıb

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci ilin iyul ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 7.071 vahid və ya 0,4% artaraq, 1,69 milyon vahid təşkil edib.

Bu barədə AzerTimes-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 860 vahid, fiziki şəxslər üzrə 5.820 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 391 vahid artıb.

Twitter:@cingizsafarli

Teqlər: