Fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılacaq

Azərbaycanda fərdi uçot sığortaçı tərəfindən elektron qaydada
aparılacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial sığorta
sistemində fərdi uçot haqqında” qanuna dəyişiklikdə öz əksini
tapıb.

Dəyişikliklə qanunun 4-cü maddəsinin 1-ci bəndi yeni redaksiyada
verilir. Yeni redaksiyaya əsasən fərdi uçot sığortaçı tərəfindən
elektron qaydada aparılacaq.

Qanunun hazırkı 4.1-ci bəndi belədir: “Dövlət sosial sığorta
sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində
idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
aparır”.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

Teqlər: