Xəbər - Elçin Mehdiyev – Trend:
Təhsil naziri Emin Əmrullayev fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, E.Əmrullayev uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq əmr imzalayıb.
Əmrdə deyilir:
– Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumi təhsil müəssisələrində təşkil olunan fərdi təhsilinin 2021-2022-ci tədris ili üçün nümunəvi tədris planı və “Tədris planına dair qeydlər” təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr).
– İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) bu əmrin əlavələrlə birlikdə yerlərə və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etsin.
– İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) bu əmrin əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
– Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.
Twitter: @ElchinMehdiyev