Fərdi sahibkar bank hesabı açmaq üçün nə etməlidir?

Fərdi sahibkar bank hesabı açmaq üçün nə etməlidir?

Vergi orqanında fərdi sahibkar kimi uçotda olan şəxs bank hesabı açmaq üçün nə etməlidir?

Dövlət Vergi Xidmətindən AzerTimes-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vergiödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra – bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə, bank əməliyyatları aparan şəxslər vergiödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün müvafiq məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.

Lakin qeyd olunan dəyişikliklər 2023-cü oktyabrın 1-dən qüvvəyə minəcək və həmin tarixədək vergiödəyiciləri tərəfindən bank hesablarının açılması əvvəlki qaydada vergi orqanlarından şəhadətnamə-dublikat əldə edilməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən, 2023-cü il oktyabrın 1-dən vergiödəyicisi bank hesabı açmaq üçün vergi orqanına ərizə təqdim etmir və birbaşa olaraq bank əməliyyatları aparan şəxslərə müraciət etməlidir.

Teqlər: