Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər – Firuddin Əliyev

Xəbər - İlhamə İsabalayeva – Trend:

Hazırda ETSN-nin nəzdində ovçuluq təsərrüfatlarının fərdi sahibkarla birlikdə fəaliyyəti nəzərdə tutulur. Bu istiqamətdə işlər görüldükdən sonra fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər.

AzerTimes-ın məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda bildirib.

Onun sözlərinə görə, fərdi ovçuluq təsərrüfatları hansısa baza üzərində qurulmalıdır. Onun əvvəlcədən müəyyən edilmiş ərazisi, infrastrukturu, müəyyən göstəriciləri olmalıdır: “Bu göstəricilər olduqdan sonra artıq həmin fəaliyyətə icazə verilə bilər”.

Teqlər: