Fenerbahçe baş tutmayan futbolçu transferinə görə üzr istədi

Fenerbahçe baş tutmayan futbolçu transferinə görə üzr istədi

“Fənərbaxça” (Fenerbahçe FK) NGolo Kante transferinin reallaşmaması səbəbindən azarkeşlərdən üzr istəyib.

AzerTimes xəbər verir ki, “Fənərbaxça”, transferin “Əl-İttihad”ın transfer məlumatlarını səhv daxil etməsi səbəbindən pozulduğunu bildirib. Açıqlamada deyilir ki, “Fənərbaxça” öz öhdəliklərini tam yerinə yetirib. Məlumata görə, Türkiyə nəhəngi futbolçu ilə razılıq əldə edib. Açıqlamaya görə, transfer qeydiyyatı ilə bağlı sənədlər göstərilən müddət ərzində sistemə düzgün və tam şəkildə yüklənib. “Əl-İttihad” isə sənədlərlə bağlı səhvə yol verib. Ardınca “Fənərbaxça” FİFA ilə müzakirələr aparıb və prosesin həlli üçün addımlar atılıb.

Buna baxmayaraq, “Əl-İttihad” heç bir əsas təqdim etmədən prosesi ləğv edib.