Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.
AzerTimes xəbər verir ki, açılış oyununda “Fənərbağça” “Ankaragücü”nün qonağı olub. Rəqibinə 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirlə vidalaşıb.
Meydan sahiblərinin heyətində qolları Olimpiu Morutsan, Anastasios Çatzicovannis və Geri Rodriges vurublar.
Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi məhz “Fənərbağça” klubu olub.