Türkiyənin “Fənərbaxça” futbol klubunun iki futbolçusu həbs oluna bilər.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Belə ki, ötən mövsüm Superliqanın 37-ci həftəsində keçirilən “Qalatasaray” – “Fənərbağça” matçından sonra baş verən hadisələrlə bağlı istintaq prosesi başa çatıb.
Prokurorluq futbolçular Jaden Quinn Ostervold və Mərt Hakan Yandaş da daxil olmaqla, saxlanılan 5 nəfərin hər biri üçün 6 il 9 aya qədər həbs cəzası istəyib.