Futbol üzrə Türkiyə Super Liqasında XXII turun növbəti oyunları keçirilib.
AzerTimes xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma olub.
Lider “Fənərbağça” “Başakşəhər”in qonağı olub. Matçın taleyini bir qol həll edib. 90+4-cü dəqiqədə Mişi Batşuayinin penaltidən vurduğu qol qonaqlara vacib qələbə qazandırıb. “Başakşəhər”in heyətində iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.
Günün digər oyunlarında “Ankaragücü” “Fateh Karagümrük”ə 2:0, “Antalyaspor” “Sivasspor”a 2:1 hesabı ilə qalib gəlib, “Qaziantep” – “Konyaspor” görüşü isə heç-heçə başa çatıb – 1:1.
Qeyd edək ki, ilk pillədə qərarlaşan “Fənərbağça”nın 57 xalı var. Liderdən 3 xal az toplayan “Qalatasaray” ikincidir. “Trabzonspor” 37 xalla üçüncü, “Beşiktaş” 36 xalla dördüncü pillədə yer alıb.