Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçirilib.
AzerTimes xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” “Qalatasaray”ı qəbul edib.
Qarşılaşma qolsuz başa çatıb.
44 xala malik komandalar 1-2-ci yerləri bölüşürlər. “Fənərbağça” top fərqinə görə ilk sırada qərarlaşıb.