Türkiyənin “Fənərbağça” komandası UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.
AzerTimes xəbər verir ki, pley-off mərhələsinə gedən yolda Fransanın “Lill” komandası ilə qarşılaşan Türkiyə təmsilçisi öz meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb.
Səfərdə baş tutan matçda 1:2 hesabı ilə məğlub olan “sarı-lacıvərdlilər” qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.