“Fənərbağça” ardıcıl 9-cu qələbəsini qazandı

“Fənərbağça” ardıcıl 9-cu qələbəsini qazandı

Türkiyə Superliqasında IX turun oyunları davam edir.

AzerTimes xəbər verir ki, bu gün daha dörd oyun keçirilib.

Çempionatın lider komandası “Fənərbağça” öz meydanında “Hatayspor”u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu mövsüm Superliqada keçirdiyi 9 oyundan 27 xal toplayan “Fənərbağça” turnir cədvəlinə başçılıq edir. “Hatayspor” 14 xalla altıncıdır.

Günün digər matçlarında “Qasımpaşa” səfərdə “Sivasspor”a 1:0, “İstanbulspor” evdə “Ankaragücü”nə 2:1 hesabı ilə qalib gəlib, “Samsunspor” isə “Başakşehir”lə qolsuz heç-heçəyə razılaşıb.

Teqlər: