“Fənərbağça” Altayla müqaviləni yenilədi

“Fənərbağça” Altayla müqaviləni yenilədi

Türkiyənin “Fənərbağça” klubu qapıçısı Altay Bayındırla müqaviləni yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Məlumata görə, tərəflər arasında yeni müqavilə 2026-2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub.

Futbolçu 2019-cu ildə “Ankaragücü” klubundan İstanbul təmsilçisinə transfer olub. İyirmi dörd yaşlı qolkiper İstanbul klubunda 137 oyun keçirib. Komandanın kapitanı olan futbolçu Türkiyə millisinə də dəvət alır.

Teqlər: